XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

30 Sentyabr 2016 - 00:26

Azərbaycan Konqoya 10 ədəd zirehli transportyor satacaq –Rəsmi

zirehli-masin-

Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) istehsal etdiyi 10 ədəd “Təkmilləşdirilmiş ZTR-70 maşını” Konqo Respublikasına ixrac ediləcək. 

Bu barədə APA-ya MSN-in “Aqreqat” İstehsalat Birliyi Bakı “Cihazqayırma” Zavodunun zirehli texnikanı təkmilləşdirmə sexinin rəisi Tələt Qədirov məlumat verib.

O bildirib ki, 10 ədəd zirehli transportyorun Konqo Respublikasına satılması müqavilə əsasında həyata keçiriləcək.

Qeyd edək ki, yüksək manevrli təkərli döyüş maşını olan “Təkmilləşdirilmiş ZTR-70 maşını” silahla təchiz olunub. 

Maşın uzun məsafə qət etmək, yüksək dinamik keyfiyyətlər və yüksək seçmə qabiliyyətinə malikdir.