XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 September 2016 - 05:15

Con Kerri:"Dağlıq Qarabağ münaqişəsinin həlli hazırda mümkün deyil"

kerri

Hazırda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması mümkün deyil.

Bu bəyanatla ABŞ-ın Dövlət katibi Con Kerri çıxış edib.

Kerri hesab edir ki, Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ ətrafında yaranan münaqişənin aradan qaldırılması üçün şərait hələ yaranmayıb. Onun sözlərinə görə, "bu gün bir sıra dondurulmuş münaqişələr, (o cümlədən) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi var ki, onların hazırda nizamlanma mümkünlüyü nəzərdən keçirilmir, ilk öncə ona görə ki, liderlər buna hazır deyillər".

ABŞ-ın xarici siyasət idarəsinin rəhbəri bununla belə hesab edir ki, Fələstin-İsrail münaqişəsi bu tip münaqişələrə aid deyil. Onun fikrincə, belə münaqişələr "mürəkkəbdir, lakin onları keçmişdə buraxmağın üsullarını görmək mümkündür, əgər insanlar bir sıra kompleks qərarlar qəbul edərlərsə".

"Mən güman edirəm ki, İsrail-Fələstin münaqişəsi bu kateqoriyaya aiddir", – deyə Kerri bildirib. (Report)