XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

30 Sentyabr 2016 - 05:54

Rusiya XİN:"Ağ Ev yaraqlıları öz qanadları altına aldı"

rusiya-xin

Vaşinqtonun Suriyada terrorçularla mübarizə məsələsində Moskva ilə əməkdaşlıqdan imtina etməsi yaraqlılar üçün yaxşı hədiyyə olacaq.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova öz "Facebook" səhifəsində yazıb.

O bildirib ki, "əgər Vaşinqtondan qarşılıqlı fəaliyyətin dayandırılmasına dair səsləndirilən təhdidlər rəsmi qərara çevrilərsə, o zaman artıq şübhə qalmayacaq – Ağ Ev yaraqlıları öz qanadları altına aldı və terrorçuların küçəsində böyük bayram şənliydir".

XİN rəsmisi ABŞ-ın BMT yanındakı daimi nümayəndəsi Samanta Pauerin "Suriya və Rusiya qüvvələrinin fəaliyyətinin İŞİD və "Nüsra cəbhəsi" terror qruplaşmaları üçün "hədiyyədir" sözlərini belə şərh edib.

Zaxarova qeyd edib ki, Vaşinqton uzun müddət Suriyada terrorçuların mövcudluğunu prinsipcə inkar edib. (Report)