Moskva bir çox sahələr, o cümlədən informasiya təhlükəsizliyi istiqamətində də Vaşinqtonun düşmənidir.
Bunu CNN televiziyasına müsahibəsində ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Con Brenan söyləyib. Onun sözlərinə görə, Rusiya hazırda aqressiv xarici siyasət yürüdür:
“Onlar kibersferada da çox aqressivdirlər. Biz bu sahədə çox diqqətli olmalıyıq. Mən Suriyada baş verənlərə baxanda çox əsəbiləşirəm. Ruslar üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirmirlər. Onlar Suriya rejiminə təzyiq etmirlər”. (Axar.az)