XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 August 2015 - 11:11

Obama Ərdoğana xəbərdarlıq etdi – «Türkiyənin əsas hədəfi PKK yox, İŞİD olmalıdır»

ABŞ prezidenti Barak Obama son antiterror əməliyyatları ilə bağlı Türkiyəyə növbəti dəfə xəbərdarlıq edib.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu gün Ağ Evdə jurnalistlərlə görüşən Obama Türkiyənin əsas diqqəti PKK-ya yox, İŞİD-ə yönəltməli olduğunu bildirib. Onun fikrincə, Ankaranın ilk hədəfi məhz İŞİD olmalıdır.
ABŞ prezidenti onu da bildirib ki, Türkiyə İŞİD-ə qoşulmaq üçün Türkiyədən Suriyaya keçmək istəyən əcnəbilərin qarşısını kəsməli, sərhədlərini belə adamlarının üzünə bağlamalıdır.
Görüş zamanı «Huffington Post» qəzetinin müxbiri Obamadan əslində Türkiyənin İŞİD-ə qarşı əməliyyatlarının əsas hədəfinin PKK olub-olmadığını soruşub. Obama suala cavab olaraq bu məsələni Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla müzakirə etdiklərini deyib: «Bu məsələni müzakirə etmişik. Bölgədəki ən böyük təhdidin İŞİD olması ilə bağlı həmfikirik».
Türklərin PKK-nın hücumlarına qarşı özünümüdafə hüququnun olduğunu deyən Barak Obama bir daha vurğulayıb ki, ən vacib məsələlərdən biri sərhədləri əcnəbi savaşçıların üzünə qapatmaqdır.