XƏBƏR LENTİ

11 Avqust 2020

Digər Xəbərlər

30 Sentyabr 2016 - 10:41

Kamal Abdulla:“Bu gün Azərbaycan modelini fəxrlə bütün dünyaya göstəririk”

kamal

 V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində “Multikulturalizmin müxtəlif modelləri: nəzəriyyədən humanist təcrübəyə doğru” mövzusunda dəyirmi masa keçirilir.

Dəyirmi masada çıxış edən millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla bildirib ki, Azərbaycan multikulturalizm modeli  dünyada qəbul edilir və öyrənilir: “Dünən Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev elmi məzmunu ilə yadda qalan əhatəli, dərin nitq söylədi. Cənab prezidentin dediklərindən belə ümumiləşdirmə aparmaq olar ki, dünyada iki qütb formalaşıb. Birinci qütb bədbin qütbdür. Ən qabaqcıl Avropa ölkələri multikulturalizmin iflasından danışırlar. Bunun nəticəsi kimi insanlığa yad olan meyllər ortalığa çıxır. Amma Azərbaycan modeli göstərir ki, multikulturalizmin nikbin qütbü də var”.
  
K. Abdulla əlavə edib ki, Azərbaycanda keçirilən tədbirlər multikulturalizmin nikbin qütbündə duran insanları birləşdirir: “Biz multikulturalizmin bugününə və sabahına inanırıq. Azərbaycan prezidentinin imzaladığı sərəncamlar multikulturalizmin dönməz yolunu müəyyən edib. Azərbaycan xalqının canında-qanında olan başqa xalqlara xoş münasibət həmişə özünü göstərib. Azərbaycanda əsrlərdən bəri müxtəlif xalqların nümayəndələri qardaş kimi yaşayıb. Çox zaman xarici qonaqlar bizdən təəccüblə soruşurlar ki, necə olur, Azərbaycanda müxtəlif dini konfessiyalar qardaş və dost kimi yaşaya bilirlər? Biz də buna təəccüblənirik: başqa cür necə olar bilər? Azərbaycan prezidenti öz siyasi xəttini və qayğısını bütün konfessiyalara eyni səviyyədə göstərir. Ölkəmiz bu gün çoxkonfessiyalı ölkə kimi dünyada özünü təsdiq edib. Bu gün Azərbaycan modelini fəxrlə bütün dünyaya göstəririk”. (APA)