Azərbaycanın nümayəndə heyəti İsrailin keçmiş prezidenti Şimon Peresin dəfn mərasimində iştirak etmək üçün Təl-Əviv şəhərinə yola düşüb.
Bu barədə Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Nümayəndə heyətinə baş nazirin müavini Elçin Əfəndiyevin başçılıq edir.
Qeyd edək ki, İsrailin 9-cu prezidenti Şimon Peres sentyabrın 28-də 93 yaşında vəfat edib. Sabiq dövlət başçısı bu gün dəfn olunacaq.