XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

30 Sentyabr 2016 - 15:14

İnam Kərimov:"İndiyədək 12 milyon insan "ASAN" xidmətdən istifadə edib"

inam

"ASAN xidmət" mərkəzlərində 8000 min könüllü fəaliyyət göstərib və bu könüllülər sabah dövlət və özəl sektorlarda çalışacaqlar. Ancaq bizim məqsədimiz onları işlə təmin etmək yox, düzgün davranış qaydalarını öyrətməkdir".

Bunu Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində “Davamlı inkişaf və ekoloji sivilizasiya” mövzusunda keçirilən dəyirmi masada çıxış edərkən deyib.

O bildirib ki, hazırda "ASAN xidmət" mərkəzlərində 230-dan çox xidmət növü var. Onun sözlərinə görə, xidmətin əsas prinsipləri səmərəlik, operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət, etik davranış qaydalarına nəzarət və rahatlıqdır: "11 dövlət xidməti "ASAN xidmət"də birləşdirilib. İndiyədək 12 milyon müştəriyə xidmət göstərmişik".

İ. Kərimov əlavə edib ki, Azərbaycan hökumətinin apardığı siyasətin mərkəzində Azərbaycan təbii sərvətlərin əldə olunan gəlirin insan kapitalına çevrilməsi dayanır.  (APA)