XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 September 2016 - 20:09

“Bankların bağlanması prosesi davam edəcək” –EKSPERT

samir eliyev-1.jpg

 

“Nəhayət ki ölü banka süni nəfəs verməyin mənasızlığını qəbul edib “Bank Standard”ı bağladılar. Bu bankı son illər bağlanan ən böyük bank saymaq olar”.

Strateq.az bildirir ki, bu sözləri iqtisadçı –ekspert Samir Əliyev Nəzarət Palatasının qərarını şərh edərkən yazıb.

Onun sözlərinə görə, depozitlərin həcminə görə ikinci ən böyük bank olub, vaxtilə ilk beşliyə düşüb: “Əlbəttə 460 milyon manat vəsaitin qaytarılması valyuta bazarına təsirsiz ötüşməyəcək. Həmin vəsaitlər hər bir halda dollara çevrilərək ya banklara və yastıq altına yönələcək. Bu da dollara tələbatı artıracaq. Söhbət təxminən 280 milyon dollardan gedir”.

S.Aliyev qeyd edirdi ki, “Bank Standard” bağlanacaq sonuncu bank deyil. Bu bankı devalvasiyasadan sonra bağlanan 13-cü bank da saymaq olar: “Ümumiyyətlə götürdükdə banklarımızın 29%-i devalvasiyanın "qurbanı" olub. Proses davam edəcək. Hazırda bazarda 32 bank qalıb. Onların sayının 30-dan aşağı düşməsi gözlənilir. Həmin rəqəmin 25-də yoxsa 20-də dayanacağını zaman göstərəcək. Hər bir halda bəzi banklar Palatadan "qara kağız" almalı olacaqlar”.