XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

01 Oktyabr 2016 - 00:48

Ceyms Uorlik:"ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə sadiqdir"

ceyms

 Birləşmiş Ştatlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə sadiqdir.

Bunu öz "Twitter" səhifəsində ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik yazıb.

"Birləşmiş Ştatlar məsələnin tərəflər üçün məqbul istiqamətdə həlli məqsədi ilə vasitəçiliyin yerinə yetirilməsində ATƏT-in Minsk qrupunun həmsədrləri ilə işini davam etdirəcək", – deyə Ceyms Uorlik bildirib.

Xatırladaq ki, ötən gün ABŞ-ın dövlət katibi Con Kerri dondurulmuş münaqişələrin perspektivlərindən danışarkən, Dağlıq Qarabağ probleminə də toxunmuş və tərəflərin nizamlanmaya hazır olmadıqlarını bəyan etmişdi. (Report)