XƏBƏR LENTİ

01 Oktyabr 2020

Digər Xəbərlər

01 Oktyabr 2016 - 05:58

Roma papası:"Qafqazda mövcud münaqişələr həll olunmalıdır"

papa

Roma papası Frantsisk Gürcüstana səfərinin ilk günündə siyasətçiləri regionda mövcud olan münaqişələrin həllinə çağırıb.

O, cümə günü Tbilisidə Gürcüstan prezidenti Georgi Marqvelaşvili ilə görüşü zamanı bildirib ki, heç bir etnik, dil, dini və ya siyasi fərq "münaqişələrin əbədi faciəyə" çevrilməsi üçün istifadə oluna bilməz.

Frantsisk, həmçinin "beynəlxalq hüquq çərçivəsində hər bir dövlətin hüquq və suverenliyinə riayət etməyə çağırıb. Papa Gürcüstana sülh və inkişaf yolunda çiçəklənmə və uğur arzu edib. Onun sözlərinə görə, bu yolun vacib şərti regionda ölkələr və xalqlar arasında sülh şəraitində yaşamaqdır ki, bunun üçün də onların arasında etimad və hörmətin möhkəmlənməsi lazımdır. (Report)