XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

01 Oktyabr 2016 - 08:51

Dövlət Departamenti:ABŞ-ın Suriya müxalifəti ilə terrorçuları bir-birindən ayırmağa vaxtı çatmadı

d

 "Birləşmiş Ştatlar mötədil Suriya müxalifətini terrorçu qruplaşmaların döyüşçülərindən ayırmağa macal tapmadı".

Bunu cümə günü jurnalistlər üçün keçirilən brifinq zamanı Dövlət Departamentinin rəsmi nümayəndəsi Mark Töner deyib.

Diplomat bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrovun BBC telekanalına müsahibəsində dövlət katibi Con Kerri ilə görüşlərində hər dəfə terrorçularla müxalif qüvvələrin bir-birindən ayırd edilməsi mövzusunun qaldırıldığını, lakin ABŞ-ın bunu hələ də etmədiyini və ya etmək istəmədiyini bildirməsini şərh edərkən söyləyib.

Töner Lavrovla razı olmadığını bildirib:

"Bu belə deyil. Çünki bizim kifayət qədər vaxtımız olmadı. Bizim sazişi tam olaraq yerinə yetirmək üçün vaxtımız çatmadı". (Report)