XƏBƏR LENTİ

19 Yanvar 2021

Digər Xəbərlər

01 Oktyabr 2016 - 09:03

“Reuters” agentliyi:Türk ordusu bir neçə il Suriyada qalacaq

t1

Türkiyənin Suriyanın şimalındakı əməliyyatı bir neçə il davam edə bilər.

Bu barədə informasiyanı “Reuters” agentliyi özünün etibarlı mənbələrinə istinadən yayıb. Agentlik türk ordusunun İŞİD təhdidi ləğv olunana qədər Suriyadan çıxmayacağını bildirib.

Qeyd edək ki, Türkiyə bir müddət öncə “Fərat qalxanı” əməliyyatına başlayıb. Türk ordusu Suriyanın şimalına daxil olaraq Azad Suriya Ordusuna bir sıra bölgələrin azad olunmasında yardım edib. Rəsmi Ankara bu əməliyyatın İŞİD təhlükəsinə qarşı həyata keçirildiyini bildirib.   (Axar.az)