XƏBƏR LENTİ

22 Sentyabr 2020

Digər Xəbərlər

01 Oktyabr 2016 - 09:31

Rusiyada Tolstoy dərsliklərdən çıxarılır –Səbəb

tolstoy

Rusiya Təhsil Akademiyasının prezidenti Lüdmila Verbitskaya gözlənilməz təkliflə çıxış edib.

O, rus yazıçısı Lev Tolstoyun, eləcə də dünya ədəbiyyatının şah əsəri hesab olunan “Hərb və Sülh” romanının məktəb dərsliklərindən çıxarılmasını təklif edib.

Akademiya prezidenti həmçinin digər bir məşhur rus yazıçısı Dostoyevskinin də bəzi əsərlərinin məktəb proqramından çıxarılmalı olduğunu bildirib.

Lüdmila Verbitskaya bu fikrini həmin əsərlərin həddindən artıq çətin, məktəblilər üçün dərkedilməz olması ilə əlaqələndirib. (Axar.az)