XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

01 Oktyabr 2016 - 10:41

Zakir Qaralov:"Ölkədə kriminogen durum tam nəzarət altındadır"

Ölkədə kriminogen durum tam nəzarət altındadır.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Baş prokuroru Zakir Qaralov deyib.

Onun sözlərinə görə, ölkədə rezonans doğuran işlərin bir çoxunun istintaqı müvəffəqiyyətlə aparılıb: "Həmin işlərin bir çoxunun istintaqı yekunlaşaraq məhkəmələrə göndərilib. Bəzilərinin istintaqı davam etdirilib".

Baş prokuror bildirib ki, prokurorluq orqanlarının işində nöqsanlar da var: "Bu nöqsanların aradan qaldırılması istiqamətində işlər görülür".