"Ukraynada azərbaycanlıların öldürülməsi və digər cinayətlərin baş verməsi ilə əlaqədar Ukraynanın baş prokuroru ilə rəsmi yazışmalarımız var, telefon əlaqəsi yaratmışıq. O, bizim müraciətimizə ciddi yanaşıb".
Bunu baş prokuror Zakir Qaralov deyib.
Z. Qaralov bildirib ki, Ukraynanın baş prokuroru azərbaycanlıların zərər çəkməsi ilə bağlı qaldırılan cinayət işlərini xüsusi nəzarətə götürüb: "Bu yaxınlarda Ukraynadakı Azərbaycan icmasının sədri və digərləri onun qəbulunda olacaqlar. Bütün bu işlərlə bağlı lazımı tədbirlər görülür". (APA)