Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq nəqliyyat naziri Ziya Məmmədov oktyabrın 7-də Naftalan şəhərində vətəndaşları qəbul edəcək.
Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, qəbul zamanı Goranboy, Tərtər rayonları və Naftalan şəhərinin sakinlərinin yalnız nəqliyyat məsələləri ilə bağlı müraciətləri dinləniləcək, mövcud nəqliyyat problemləri araşdırılacaq.
Qəbulda iştirak etmək istəyən vətəndaşlar oktyabrın 5-i saat 09:00-dan 18:00-dək Goranboy şəhəri, Heydər Əliyev prospekti 110, Tərtər şəhəri, Şıxəli Qurbanov küçəsi 1, Naftalan şəhəri, Heydər Əliyev prospekti 1-də qeydiyyatdan keçərək qəbula yazıla bilərlər.