Daxili İşlər Nazirliyi Qazaxda baş vermiş qəzayla bağlı məlumat yayıb.
Məlumata görə, dünən saat 23 radələrində Qazax rayonunun Kommuna kəndində şəhər sakini Oqtay Hüseynov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə sərnişin Elşad Axundov hadisə yerində ölüb, sürücü isə xəstəxanaya yerləşdirilib.
Qazax RPŞ tərəfindən araşdırma aparılır. Qeyd edək ki, Oqtay Hüseynov Qazax bələdiyyəsinin sədri, Elşad Axundov isə Qazax Evlər İdarəsinin rəisidir.