XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 October 2016 - 15:45

Zığ-Hövsan yolunda nəqliyyatınhərəkəti məhdudlaşdırılacaq

yol məhdud 223

Zığ-Hövsan yolunun bir hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

“Azəravtoyol” ASC-nin mətbuat xidmətindən bildirilib ki, Zığ-Hövsan avtomobil yolunun yenidən qurulması işləri çərçivəsində oktyabrın 3-dən etibarən yüksək təzyiqli qaz borularının dəyişdirilməsi işlərinə start veriləcək.

Sözügedən tarixdə səhər saat 10:00-dan etibarən 15 gün müddətinə Zığ-Hövsan yolunun bir hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Sürücülər alternativ olaraq Zığ-Suraxanı avtomobil yolundan istifadə edərək yenidən Hövsan yoluna çıxmaqla və ya Zığ-Hava limanı avtomobil yolundan (beton yol) istifadə edərək birbaşa Hövsan qəsəbəsinə daxil olmaqla hərəkət istiqamətlərinə uyğun yollarına davam edə bilərlər.

“Azəravtoyol” ASC yarana biləcək narahatlığa görə vətəndaşlardan üzr istəyir.