XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

01 Oktyabr 2016 - 16:17

Litva səfiri:"Azərbaycanın iştirakı "Vikinq"i daha da rəqabətədavamlı edəcək"

litva

"Transxəzər marşrutu" və "Vikinq" layihələri Azərbaycan və Litva qarşısında nəqliyyat sahəsində böyük imkanlar açır.

Bunu Litvanın Azərbaycandakı səfiri Valdas Lastauskas deyib.

Səfirin sözlərinə görə, bu iki yolun birləşməsi yüklərin Çindən Şimali və Qərbi Avropaya maneəsiz daşınmasına imkan verəcək:

"Aktiv inkişaf edən və Azərbaycan üçün prioritet layihələrdən biri olan Şərq-Qərb nəqliyyat dəhlizi Litva və onun tərəfdaşlarının (Ukrayna, Belarus, Latviya, Bolqarıstan, Rumıniya və Türkiyə – red.) icra etdiyi "Vikinq" layihəsinə uyğun gəlir. Bizim layihəmiz Türkiyəyə, hətta Gürcüstana çatır. May ayından Azərbaycanın da bu layihəyə qoşulması müsbət faktdır. Azərbaycanın iştirakı "Vikinq"i daha da rəqabətədavamlı edəcək və yüklərin Çindən Şimali və Qərbi Avropaya maneəsiz daşınmasına imkan verəcək. (Trend)