XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

01 Oktyabr 2016 - 21:14

Yağışdan sonra yol belə çökdü- FOTO

Sentyabrın 30-da ölkə ərazisində yağan güclü yağışlardan sonra Xaçmaz rayonunun Xudat şəhərində yol çöküb.

Çökən yol Heydər Əliyev küçəsində yerləşir. Ətrafında yaşayış evləri var.

Ərazidə yaşayan sakinlər bu haqda yerli icra qurumlarına məlumat verdiklərini, lakin heç bir tədbir görülmədiyini deyirlər.

Küçənin sakinlərindən Niyaz Fərəcov AzadlıqRadiosunu müxbirinə deyib ki, problemi necə həll edəcəklərinin qarşısında acizdirlər: «Hadisə iki gündür baş verib, ancaq heç kim tədbir görmür. Uşaqlara görə çox narahatıq. Çökəyə heç kim düşməsin deyə, özümüz nəzarət edirik».

Mövsüm Məhəmmədoğlu isə deyib ki, çökəyin içində təxminən 2 metr dərinliyində su var. Çökən yol evinin qarşısında olduğundan, o da digər sakinlər kimi narahatdır.

Xaçmaz rayon İcra Hakimiyyətindən məsələ ilə maraqlanacaqlarını deyiblər.