XƏBƏR LENTİ

29 Sentyabr 2020

Digər Xəbərlər

01 Oktyabr 2016 - 21:55

“Neftçi” “Kəpəz”in qapısınaiki cavabsız qol vurub

futbol

Oktyabrın 1-də futbol üzrə Azərbaycan Premyer Liqasında VII turun daha bir oyunu keçirilib.

Günün son matçında “Neftçi” “Kəpəz”i qəbul edib. Masazır qəsəbəsində yerləşən “Əlincə Arena”da keçirilən qarşılaşma paytaxt klubunun hücumları ilə başlayıb. Oyunun 14-cü dəqiqəsində Denilson Pereyra gəncəlilərin qapısından ilk topu keçirib. Katalin Tira isə oyunun sonuna əlavə olunmuş vaxtda hesab arasındakı fərqi artırıb – 2:0.

Beləliklə, “Neftçi” cari mövsümdə ikinci qələbəsini qazanaraq 6 xalla turnir cədvəlinin 7-ci pilləsinə yüksəlib.

Tura sabah keçiriləcək “Qəbələ” – “Qarabağ” oyunu ilə yekun vurulacaq(azərtac).