XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 October 2016 - 22:38

Ərdoğan:“Rusiya ilə münasibətlərimizi yeni səviyyəyə çatdırmaq niyyətindəyik”

erdogan

Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan  Rusiya ilə münasibətləri 2015-ci ilin noyabrınadək (“Su-24” təyyarəsinin vurulmasınadək – red.) olan səviyyədən daha yüksək səviyyəyə qaldırmaq niyyətində olduğunu bildirib.

Bunu Ərdoğan Ankarada parlamentin payız sessiyasının açılış mərasimində çıxışı zamanı deyib.

“Biz qonşularımızla münasibətləri normallaşdırırıq. Rusiya ilə müxtəlif sahələr – kənd təsərrüfatı, energetika, iqtisadiyyat, turizm sahələri üzrə danışıqlar aparılır. Biz göstəricilərimizi əvvəlki səviyyəyə qaytarmaq və hətta ondan daha yuxarı səviyyəyə çatdırmaq niyyətindəyik”, – deyə Ərdoğan qeyd edib.    (APA)