XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

02 Oktyabr 2016 - 11:37

Roma Papası:"İbadətin bəhrəsi sülhdür"

Roma Papası Fransisk Azərbaycanda rəsmi səfəri çərçivəsində Bakıda Katolik kilsəsində dini ayinlər icra edilib.

Trend-in məlumatına görə, dini ayin icra edildikdən sonra Roma Papası nitq söyləyib və müqəddəs "İncil" kitabından sitatlar gətirib.

Roma Papası insanlara imanlarını artırmağa çağırış edib. O qeyd edib: "İman bizi rəbbimizə bağlayan qızıl bir ip olmalıdır, iman hıyatımıza bərabər olan bir hədiyyədir".

Roma Papası müqəddəs Məryəmin sözlərinə əsaslanaraq Bakıda mesajını çatdırıb. O deyib: “İmanın bəhrəsi sevgidir, sevginin bəhrəsi ibadətdir, ibadətin bəhrəsi sülhdür”.