XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 October 2016 - 12:28

Roma Papasından Qafqazda barışıq və sülh üçündua etmək xahiş edildi

Azərbaycan Apostol Prefekturasının bütün möminləri, keşişləri, rahib və rahibələri adından Roma Papasına Azərbaycana səfər etdiyinə görə təşəkkür edilib.

Trend-in məlumatına görə, təşəkkürü Roma-Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Vladimir Fekete oxuyub:

Təşəkkürdə deyilir: “Hörmətli Fransisk ata! Biz Azərbaycan Apostol Prefekturasının bütün möminləri, keşişləri, rahib və rahibələri adından aramızda olduğunuz üçün, möizə zamanı təşviqi sözləriniz üçün və öz həyatını tamamilə Allahın Padşahlığına həsr edərək bizə nümunə olduğunuz üçün Sizə dərin minnətdarlığımızı və sevincimizi bildiririk! Sizdən xahiş edirik ki, bizimlə birlikdə Qafqazda barışıq və sülh üçün dua etməyə davam edəsiniz”.

Roma papası təşəkkürə görə minnətdarlığını bildirib və onlara insanlara xidmət etmək üçün həyata keçirdiyi işləri davam etdirməyi tövsiyyə edib.

Artıq Bakıdakı Katolik kilsəsində Roma Papası Fransiskin iştirakı ilə keçirilən dini mərasim başa çatıb.