XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

18 Mart 2015 - 07:04

Rektorun qızını döyən qardaşlar: “Barəmizdə cinayət işi açılıb”
Xəbər verdiyimiz kimi, Xəzər Universitetinin rektoru Hamlet İsaxanlının qızını döyən qardaşların işi ilə bağlı məhkəmə bu gün qərar verəcək.
“Qafqazinfo”nun Apelyasiya Məhkəməsinin qarşısında olan əməkdaşının verdiyi məlumata görə, artıq Zaur və Elin Məmmədov qardaşları məhkəməyə gəliblər. Onlar jurnalistlərə kiçik açıqlama da veriblər. Zaur Məmmədov açıqlamasında jurnalistlərə təşəkkür edib:
“Narahatlığınıza görə çox sağolun. Hər birinizə təşəkkür edirik. Barəmizdə cinayət işi açılıb, içəri keçməliyik”.
Məmmədov qardaşları geniş açıqlama vermək istəmədiklərini bildiriblər.
***
Qardaşları anası və vəkilləri müşayiət edir.