Rusiya yardıma gəlməsəydi, Əsəd rejimi çökmüşdü.
Bunu Türkiyənin Özyeğin Universitetinin professoru Məsud Haqqı Caşın deyib.
“2015-cı ilin oktyabr ayında Əsəd rejimi Suriyanın yalnız 15 faizinə nəzarət edirdi. Hətta rejim çökmək ərəfəsində idi. Lakin Rusiyanın gəlməsi ilə Əsəd toparlana bildi”, – Caşın bildirib.
Qeyd edək ki, Rusiya hökuməti Suriyada birmənalı olaraq Əsəd hakimiyyətinin mövcudluğunu qorumağa çalışır.