XƏBƏR LENTİ

01 Oktyabr 2020

Digər Xəbərlər

18 Noyabr 2015 - 09:26

“Müavinlikdən azad edilməyimlə bağlı heç nə deməyəcəyəm” – Oktay Gülalıyev

“Mən, Klassik Xalq Cəbhəsi Partiyasından kənarlaşdırılmamışam. Mətbuatda bu haqda gedən məlumatlar həqiqəti əks etdirmir”.

Strateq.az hafta.az-a istinadən xəbər verir ki, bunu KXCP sədr müavini Oktay Gülalıyev deyib:

“Mən, hazırda KXCP üzvü olaraq qalmaqdayam və partiyadakı fəaliyyətimi bundan sonra da davam etdirəcəyəm. Sadəcə olaraq, qurumda tutduğum vəzifədən azad olunmuşam”.

Oktay Gülalıyev müavinlikdən kənarlaşdırılması məsələsindən isə danışmaq istəmədi:

“Partiyadaxili məsələlərin mətbuatda müzakirə olunmasının əleyhinəyəm. Bu üzdən müavinlikdən azad edilməyimlə bağlı heç nə deməyəcəyəm”.

Əmədaşımıza açıqlama verən KXCP sədrinin müavini Xəzər Teyyublu isə bildirdi ki, Oktay Gülalıyevin vəzifəsindən azad etmə səlahiyyətləri partiya sədrinə aiddir:

“Partiya rəhbəri öz hüququndan istifadə edərək Oktay Gülalıyevi vəzifəsindən kənarlaşdırıb. Mətbuatda gedib ki, guya Oktay Gülalıyevin partiya siyasətini tənqid etdiyinə görə, işindən azad olunub. Bunlar doğru deyil. Biz demokratik qurumuq. Bu günə qədər partiyamızın iclaslarında əks fikr səsləndirən funksinerlər yetərincə olub və heç kim KXCP sıralarından xaric olunmayıb”.