Günəşli” yatağının 10-cu dərin dəniz özülündə baş vermiş yanğının söndürülməsi üçün bir gəmi cəlb olunub.
Fövqəladə Hallar Nazirliyindən (FHN) apa.az-a verilən məlumata görə, qəza nəticəsində itkin düşənlərin axtarışı davam etdirilir.
Nazirlikdən o da əlavə olunub ki, daha iki gəmi mümkün neft dağılmalarının qarşısını almaq üçün cəlb olunub.
Qeyd edək ki, dekabrın 4-də baş vermiş yanğında 7 nəfər həlak olub, 29 nəfər itkin düşüb. Aparılan axtarışlar nəticəsində onlardan 6-nın cəsədi tapılaraq ailələrinə təhvil verilib.