XƏBƏR LENTİ

04 Avqust 2020

Digər Xəbərlər

21 May 2015 - 07:35

AXCP Sumqayıt şəhər şöbəsinin sədri partiya sıralarından istefa verdi

AXCP Sumqayıt şəhər şöbəsinin sədri İsa Qurbanov partiya üzvlüyündən və tutduğu vəzifədən istefa verib. Starteq.az xəbər verir ki, bu məlumatı İsa Qurbanov vəkili vasitəsilə təqdim edib. Həmin bəyanatı təqdim edirik:

“Bildirirəm ki, 17 mart 2015-ci il tarixdə hər hansı bir cinayət əməli (hərəkət və ya hərəkətsizlik) olmadığı halda, DİN-nin BMCMİ-nin əməkdaşları tərəfindən həbs olunaraq, 151900151 №-li cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, mənə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmiş və Nərimanov rayon məhkəməsinin 17 mart 2015-ci il tarixli qərarı ilə barəmdə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Əminəm ki, mənə elan edilmiş ittihamda və barəmdə göstərilən qətimkan tədbirinin seçilməsində anlaşılmazlıq və yanlışlıq var. Bununla əlaqədar olaraq ümid edir və inanıram ki, tezliklə mənim işimə ədalətlə baxılacaq və pozulmuş Konstitusion və digər hüquqlarım bərpa ediləcəkdir.

Buna görə istintaqa heç bir kənar təsirlərin və bəzi dairələrin bu məsələyə siyasi don geyindirilməsinin qarşısının alınması üçün AXCP Sumqayıt şəhər şöbəsinin sədrliyindən və AXCP üzvlüyündən istefa verdiyimi bəyan edirəm.

Bu bəyanatımı, vəkilimin vasitəsi ilə KİV-lərə təqdim edirəm.

Bakı şəhəri, 20 may 2015-ci il

Qurbanov İsa Sadəddin oğlu“.