İranın “nüvə” manevri-Təhlil

Qərb dünyası İranla bağlanan nüvə sazişinin nəticələrini və perspektivini müzakirə edərkən, bir maraqlı açıqlama da Tehrandan gəldi. İranın dini lideri ayətullah Xəmaneyi məlum sazişi böyük uğur kimi qiymətləndirən həmyerlilərinə və hökumətə müraciət edərək islam inqilabının prinsiplərini xatırlatdı.
Məsələnin ən ilginc tərəfi Vyanada eyni masa arxasında oturub əhəmiyyətli bir sənədə imza atan ölkə liderinin ABŞ-a qarşı tutumunu emossional şəkildə ortaya qoymasıdır. Məlumatlarda bildirilir ki, nüvə müzakirələrinə qoşulan bəzi qüvvələrin məkrli plan içərisində olduğunu vurğulayan ayətullah öz çıxışında Amerika və İsrailin əleyhinə “ölüm!” şüarlar səsləndirdiyi bildirilir. Ahıl yaşında olan Xəmaneyinin bu gəncvari emossiyası, əlbəttə, səbəbsiz deyil. Bundan bir müddət əvvəl Vyanada əldə olunan sazişi bayram əhval-ruhiyyəsiylə qarşılayan iranlılar küçələrə tökülmüş və İran İslam Respublikasının qurulduğu gündən bəri bütün siyasi aksiyalarında səsləndirilən ənənəvi şüarların əleyhinə getmişdilər. Aksiyaçılar “Rədd olsun Amerika! Rədd olsun İsrail!” şüarı yerinə “Rədd olsun heç kimsə! Yaşasın həyat!” nidalarıyla meydanı təlatümə gətirmişdilər. Xəmaneyinin də məhz bu “özbaşınalığa” cavab olaraq öz çıxışında ənənəvi şüarı səsləndirdiyi bildirilir.
Dini liderin çıxışı zamanı verdiyi mesajlar isə atdığı “sloqan”ından daha maraqlı idi. Xəmaneyi çıxışında üzünü siyasilərə tutaraq bu cür deyib: “Siyasiləri bu məsələ üzərində durmağa və ölkəmizin milli maraqları əsasında qərarlı olmağa çağırıram. Biz İranın milli təhlükəsizlik məsələsindən və islam inqilabının prinsiplərindən geri addım atılmasına izn verməyəcəyik.”
Dini liderin bu sözləri nüvə sazişinə qarşı çıxanların arqumentini gücləndirəcək mahiyyətdədir. Zira dünya ictimai rəyində İranın “altılıqlar”la imzaladığı nüvə sazişinə münasibət birmənalı deyil. Obama hökuməti əldə olunan bu razılaşmanı rəsmi Tehranın nüvə potensialını ortadan qaldıran ən optimal hadisə kimi təqdim etsə də, xüsusilə İsrail, Səudiyyə Ərəbistanı və ABŞ-ın respublikaçı konqresmenləri tamamilə fərqli mövqe sərgiləyir, sənədin bir an öncə ləğvinə çalışırlar. Onların fikrincə, saziş rəsmi Vaşınqtonun təslimiyyətçi zehniyyətinin məhsuludur.
İran əleyhdarlarının eyni nöqtədə birləşdirən amillərdən biri isə rəsmi Tehranın bu sazişə əməl etməyəcəyi ehtimalıdır. Bu ehtimala görə, İran diplomatiyası sazişə imza atarkən əslində səmimi deyil, sadəcə zaman qazanmaq üçün manevr edir. üzləşdiyi sanksiyaların mənfi nəticələrini aradan qaldırdıqdan sonra o, yenə öz bildiyini edəcək, müxtəlif bəhanələrlə sazişi tanımayacaq.
Son 12 illik təcrübəyə nəzər salanda bu arqumentin əsassız olmadığı aydınlaşır. İran buna bənzər nüvə razılaşmasına 2003-ci ildə də qol çəkmişdi. O vaxt İngiltərə, Fransa və Almaniyayla imzalanan Tehran deklorasiyasının şərtlərinə cəmi 1 il əməl edən İran hakimiyyəti müxtəlif bəhanələrlə tədricən geri çəkilmiş, 2005-ci ildə Əhmədinejdatın iqtidara gəlməsiylə nüvə proqramını daha da genişləndirmiş, yeni nüvə obyektləri inşa etməyə qərar vermişdi. Təsadüfi deyil ki, son sazişdə İranın fəaliyyətini dayandırmaq öhdəliyi götürdüyü “Arak” suağırlaşdırma reaktorunun təməlləri məhz 2005-ci ildə Əhmədineydət tərəfindən atılmışdı. 2013-cü ildə də İran nüvə proqramıyla bağlı müəyyən razılıqlar əldə olunsa da bu tələbləri yerinə yetirməkdən boyun qaçırmışdı.
Bütün bu faktlara söykənən bir çox siyasilər və politoloqlar yenə eyni proseslərin təkrarlana biləcəyindən ehtiyatlanırlar. Prinsipcə, haqsız da deyillər. Rəsmi Tehranın son illər həyata keçirdiyi nüvə siyasətinə nəzər salanda bütün bu sövdələşmələrin əslində bir taktiki oyundan ibarət olduğu aydınlaşır.
Əslində “nüvə proqramı” gərginliyinin belə rəsmi Tehran tərəfindən qəsdən bu həddə gətirildiyi təxmin olunur. Məlum olduğu kimi, 2002-ci ilə qədər dünyanın heç bir ölkəsi cənub qonşumuzun nüvə proqramının detallarından xəbərdar deyildi. Həmin il heç bir lüzum olmadan İran Milli Müqavimət Şurası özünün nüvə proqramının detallarını açıqlamış, uran çəkirdəyini kritik həddə zənginləşdirdiyini açıqlamışdı. Bu açıqlamadan sonra dünyanın güclü dövləti İranın nüvə silahı əldə etmək niyyətindən xəbər tutmuş və indiyə qədər davam edən ağır müzakirələr başlamışdı.
Zənnimizcə, rəsmi Tehranın həmin zamanlarda verdiyi bu açıqlamanın da səbəbi var və Qərbin ona qarşı yönələ biləcək işğal ehtimalını aradan qaldırmağa hesablanmışdı. Xatırladaq ki, 2001-ci ilin sonlarında ABŞ məşhur “11 sentyabr” hadisəsini bəhanə edərək Əfqanıstana girmiş, növbəti qurbanlarının İran, İraq və Şimali Koreya olacağını açıq şəkildə dilə gətirmişdi. ABŞ-ın o zamankı prezidenti çorc Buşun “Şeytan üçbucağı” adlandırdığı yeni hədəflərini açıqlamasından qısa müddət sonra İran birdən-birə öz nüvə gücünün detallarını ortaya qoymuşdu. Yəqin ki, burda məqsəd özünün Əfqanıstan olmadığını ABŞ-a sübut etmək və onu “xam xəyallardan” yayındırmaq idi.
Həqiqətən də 1 il sonra, yəni 2003-cü ildə İraqı işğal edən ABŞ “şeytan üçbucağı”nın digər bucaqları məsələsində tərəddüdə düşmüşdü. İstər Şimali Koreyanın, istərsə də İranın nüvə proqramlarını genişlətməsi, bir sıra uzunmənzilli reaktiv raketlərini sınaqdan çıxarması, böyük ehtimalla, onu addım atmadan düşünməyə vadar etmişdi.
ABŞ kəllə vurmaq istədiyi suyun dərinliyini bilməliydi. Onun öyrənməyi lazım bildiyi əsas xüsuslardan biri İranın hansı səviyyədə zənginləşdirilmiş urana sahib olması faktı idi. İran da bunu gözəl anlayırdı. Odur ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) bu məqsədli heç bir çağırışına önəm verməyəcək, nəticədə ağır sanksiyalarla üzləşəcəkdi.
Nəhayət, rəsmi Tehran BAEA-nin ekspertlərini nüvə yanacağı istehsal edən obyektlərə buraxsa da onların nümunə almasıyla razılaşmadı. Nüvə reaktorlarını gəzən ekspertlər isə həmin təsisatlarda nüvə silahına yarayacaq dərəcədə atom zənginləşdirildiyinə dair ciddi şübhələrini ortaya qoydular. Beləcə, İranla İraq və Əfqanıstanda olduğu kimi yumruqla yox, dillə danışmaq zərurəti anlaşıldı. Məsələyə bu baxımdan yanaşanda əslində İranın nüvə taktikasının işə yaradığını söyləyə bilərik.
Nüvə silahı ətrafında yaranan söz-söhbətin belə bir ölkəni İraq olmaqdan qoruduğunu görən İranın, təbii ki, öz hərbi-strateji planından geri çəkilməsini gözləməyə dəyməz. İqtisadi sanksiyalar nə qədər ağır olsa da, “hər halda açlıq ölməkdən daha yaxşıdır” fəlsəfəsi rəsmi Tehranın ana qayesinə çevrilib. O, indi anlaşmalarla manevr edərək vaxt qazanmağa və üzləşdiyi sanlsiyaların təsirini azaltmağa çalışır.
İran dini lideri ayətullah Xəmaneyinin son açıqlaması həqiqətən də ağla bu köhnə “xatirələri” gətirir və böyük təm-təraqla qeyd olunan son nüvə sazişini də eyni taleyin gözləyəcəyi ehtimalını yaradır.
Heydər Oğuz
Strateq.az
Qər
b dünyası İranla bağlanan nüvə sazişinin nəticələrini və perspektivini müzakirə edərkən, bir maraqlı açıqlama da Tehrandan gəldi. İranın dini lideri ayətullah Xəmaneyi məlum sazişi böyük uğur kimi qiymətləndirən həmyerlilərinə və hökumətə müraciət edərək islam inqilabının prinsiplərini xatırlatdı.