Dünyanın bir çox ölkələrində insanlar Rusiya prezidenti Vladimir Putini sevmirmiş.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bunu, nüfuzlu Pew Research təşkilatının 40 ölkədə keçirdiyi sorğu üzə çıxarıb. ümumilikdə 45 min respondentin iştirak etdiyi sorğunun nəticələrinə görə, 40 ölkədən 26-sı Putinə qarşı mənfi münasibəti ilə seçilib.
Putini ən çox sevməyən ölkələr Polşa, İordaniya, İsrail, Yaponiya, Almaniya və Fransadır. Polşa və İordaniyada respondentlərin 80, İsraildə 70, Yaponiyada 73, Almaniya və Fransada 70 faizi Putinə qarşı münasibətlərinin çox pis olduğunu bildiriblər. Rusiya prezidentinə rəğbətin olduğu ölkələr isə Vyetnam, Qana və çindir. Vyetnamda sorğu iştirakçılarının 75, Qanada 56, çində 51 faizi Putini sevdiklərini bəyan edib.
Yaxın Şərqdən gələn nəticələrdən isə sorğuda iştirak edən hər dörd nəfərdən birinin Putinə nifrət etdiyi məlum olub.